Şuşadakı binanın dağıntıları altından çıxarılan erməni polislərin yeni görüntüləri yayıldı - VİDEO


Qarabağdakı separatçı rejimin başçısı Arayik Harutyunyanın Şuşada “andiçmə mərasimi” keçirdiyi binanın darmadağın edililməsindən sonra qeydə alınan yeni video görüntü yayılıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, videoda dağıntılar altından çıxarılan polislərin xəstəxanadakı görüntüləri yer alıb.
Qeyd edək ki, hadisə oktyabr ayının 4-də baş verib. Ermənistan tərəfi son günlərə kimi, yalnız dağıdılmış binanın görüntülərini yayıb və hücum zamanı binanın boş olduğunu bildirib. 
Hadisədən 82 gün sonra Ermənistan mediası binanın vurulmasından qısa müddət sonra qeydə alınan video-görüntüləri yayıb. Məlum olub ki, 4 oktyabr tarixində çoxlu sayda polis həmin binada olub və bu zaman binaya raketlə zərbə endirilib.

DİGƏR XƏBƏRLƏR

Top