Hadrutda nə baş verir? - İDDİA


Sosial şəbəkələrdə Hadrutda erməni silahlılarının növbəti təxribatı barədə xəbər yayılıb.

Yayılan məlumata görə, Hadrut-Tuğ istiqamətində meşələrdə gizlənən terrorçu ermənilərlə Azərbaycan hərbçiləri arasında atışma baş verib. Azərbaycan Ordusunun bir hərbçisinin şəhid olduğu deyilir. Digər bir məlumata görə, isə erməni diversantların Zəngilandakı komendant postuna da hücum etdikləri, nəticədə Azərbaycan tərəfdən 1 nəfər hərbçinin yaralandığı iddia olunur. Hazırda Xüsusi Təyinatlı Qüvvələrin bölgədə "təmizləmə" əməliyyatı apardığı deyilir.
İnsident ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top