Azərbaycanın Rusiyadakı diasporunun görkəmli nümayəndələri medallarla təltif edilib


Dekabrın 26-da Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfə vermiş diaspor təşkilatlarının üzvlərinə "Diaspora Fəaliyyətindəki Xidmətlərinə görə" medalını təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, soydaşlarımız bu medala diasporanın Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla əlaqəli obyektiv məlumatların yayılmasında, habelə Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə tanıdılmasında, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı roluna görə layiq görülüblər.
Mükafatlandırılanlar arasında texniki elmlər doktoru, professor Kamran Rüstəmov, “Krea” şirkətinin müşaviri, siyasi şərhçi Azər Cangirov, jurnalist, politoloq Səadət Kadırova, Moskvanın Azərbaycanlı İcmasının sədri Şamil Tağıyev, professor Nizami Məmmədov və başqaları da daxil olmaqla Rusiyadakı Azərbaycan diasporunun tanınmış nümayəndələri var.

DİGƏR XƏBƏRLƏR

Top