Qazax rayonunda 63 yaşlı qadının mal-qarası oğurlanıb.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Yayılan videogörüntülərin Qazax rayonu Aslanbəyli kəndində çəkildiyi qeyd olunub. Yaşlı qadın dolanışığını təmin etdiyi mal-qarasının, 14 iribuynuzlu heyvanının oğurlandığını deyib.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhər regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, məsələ araşdırılır: “Sözügedən məsələ ilə bağlı Qazax Rayon Polis Bölməsində araşdırma aparılır, ictimaiyyətə ətraflı məlumat veriləcək”.