Vəkillər Kollegiyasının üzvü koronavirusdan vəfat etdi - FOTO


Vəkillər Kollegiyasının daha bir üzvü dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hidayət Məmmədov COVID-19 xəstəliyindən vəfat edib.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top