Türkiyənin Elazığ vilayətində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com "sözcü"yə istinadla xəbər verir ki, yerin 16 kilometr dərinliyində baş verən zəlzələ Diyarbakır, Malatya və Şanlıurfa vilayətlərində də hiss edilib.
Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.