28 il sonra Cəbrayılda anasının qəbrini ziyarət etdi - Hər kəsi kövrəldən görüntü - VİDEO


Düz 28 il sonra Cəbrayıla, Dağ Tumas kəndinə gedib 28 yaşında dünyasını dəyişən anasının qəbrini ziyarət etdi. İllər sonra anasının məzarını görən, qardan təmizləyərək, ona sığal çəkən Xəyyam Məmmədov keçirdiyi hissləri, düşüncələrini bölüşüb.
Yeniavaz.com "xəzərxəbər"ə istinadla xəbər verir ki, illər sonra Cəbrayılın Dağ Tumas kəndinə getdi Xəyyam. Dünyadan vaxtsız köçən anasının qəbrini tapıb, 28 illik həsrətinə son qoydu.
Anasının ağ örpəyə bürünən məzarını əlləri ilə qardan təmizləyərək, saatlarla buz kimi qəbir daşına sığal çəkən Xəyyam deyir ki, 28 yaşında dünyasını dəyişən anasının qəbrini sonuncu dəfə 12 yaşı olanda ziyarət edib.
Anasının illər sonra qovuşduğu məzarını orada qoyub yenidən Bakıya qayıtmaq isə heç də asan olmayıb.
Azərbaycan Milli Konservatoriyasında kamança müəllimi işləyən Xəyyam Cəbrayıla icazə ilə getdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top