Vilayət Eyvazovdan yeni TƏYİNAT


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə şəhərinin Kəpəz Rayon Polis İdarəsinə yeni rəis təyin edib.

Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Nəvayi Qasımov təyin olunub.

Yeni rəis daha öncə Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Kəpəz Rayon Polis İdarəsinin rəisi Vüqar Xəlilov bir müdət əvvəl Ağstafa Rayon Polis Şöbəsinə rəis təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top