Dünyada koronavirusa yoluxanların sayı 80 milyonu ötdü


Dünyada yeni növ koroanvirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, dünyada COVID-19-dan ölənlərin sayı 1 milyon 759 min 533-ə, yoluxanların sayı isə 80 milyon 295 min 694-ə çatıb. 56 milyon 210 min 97 nəfər isə müalicə alaraq sağalıb.
Qeyd edək ki, dünya ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk sırada ABŞ dayanır. Həmin ölkədə bu günə qədər 19 milyon 210 min 460 nəfər koronavirusa yoluxub, 338 min 263 nəfər isə ölüb.
 

DİGƏR XƏBƏRLƏR

Top