Hafter Türkiyəni təhdid etdi


Xəlifə Hafter, Türkiyənin Liviyada xidmət edəcək əsgərlərinin hərbi xidmətinin uzadılması ilə bağlı qərarına qarşı qalmaqallı açıqlama verib.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, Hafterin fikrincə Türkiyə bu qərarla müharibə yolunu seçib. Bu səbəbdən Hafter öz tərədarlarını Türkiyəyə qarşı müharibəyə hazır olmağa çağırıb. Hafter bu açıqlamasını Liviyanın müstəqilliyinin 69-cu il dönümü münasibətilə keçirilən tədbirdə səsləndirib.
Qeyd edək ki, Türkiyə Liviyaya göndərəcəyi əsgərlərin hərbi xidmətinin 18 aya kimi uzadılması ilə bağlı qərar qəbul edib. Qərarın 2 yanvar 2021-ci il tarixindən tətbiq oluncağı deyilir.
 

DİGƏR XƏBƏRLƏR

Top