Lukaşenko koronavirusa qarşı peyvənd olunmayacağını bildirib


Belarus prezidenti Aleksandr Lukaşenko yenə də koronavirusa meydan oxuyaraq peyvənd olunmayacağını deyib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, ötən gün Minskdə yeni açılmış Uşaq İnfeksiya Xəstəxanasını ziyarət edərkən məlumat verib. Prezident həmçinin bildirib ki, ölkəsi Rusiya istehsalı olan “Sputnik-V” peyvəndindən istifadə edəcək. Lukaşenko peyvəndlə bağlı Rusiya ilə razılığa gəlindiyini xatırladaraq, yaza kimi 1 milyon 200 min insana koronavirus peyvəndinin vurulacağını deyib. Hətta vəziyyətə görə bunun 2 milyon da ola biləcəyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top