MI-6-dan KQB-yə keçən əfsanəvi kəşfiyyatçı dünyasını dəyişdi


İngiltərənin xüsusi xidmət orqanları MI-6-dan sovet kəşfiyyatına keçən Corc Bleyk 99 yaşında öldü. 
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat xidmətinin rəhbəri Sergey İvanov məlumat verib.
Qeyd edək ki, Corc Bleyk 11 noyabr 1922-ci ildə Rotterdamda anadan olub. O uzun müddət MI-6-da xidmət edib. Daha sonra Sovet hökumətinin xüsusi xidmət orqanı KQB tərəfinə keçib. 20 ildən çox İngiltərə agentlərinin ifşasına imkan verən gizli məlumatları SSRİ-yə ötürən ikiqat agent idi. Bleyk, İngiltərə Müharibə Departamentinin kəşfiyyat təhlillərini və ingilislər və amerikalılar barədə məlumatlar gətirib. Bleyk casusluq ittihamı ilə 42 il həbs cəzasına məhkum edildi, lakin qaçaraq Rusiyaya getməyi bacarır.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top