Vətən Müharibəsi qazisi Gündüz Nəsibli - FOTOLAR


"Mən oğlumla fəxr edirəm, istəyirəm hamı görsün ki, balam qazidir".

Bu sözləri qazi Gündüz Nəsiblinin anası Gülnarə Nəsibli Yeniavaz.com-a danışarkən deyib:
"Oğlum 2 bacının 1 qardaşıdır. Səfərbərlikdən çağırışla 29 sentyabrda müharibəyə gedib. Mən bu gün balamla fəxr edirəm ki, balam igid kimi getdi, gəldi. Gündüzgilin dəstəsi Füzuli, Qubadlı, Şuşa, Xankəndi istiqamətində döyüşüb. Bir dəfə də olsa, o mənə zəng edəndə “ana çətinliyim var” deməyib. Həmişə, “narahat olma, döyüşdə deyiləm” deyirdi.  Amma sən demə döyüşlərə gedirmiş. Hətta eşidəndə ki, dostu, şəhid olub, onun qisasını almaq üçün ön cəbhəyə gedib. Gündüz noyabrın 8-dən 9-na keçən gecə ayağından yaralanıb”.
1999-cu il təvəllüdlü Gündüz Nəsiblinin hazırda müalicəsi davam etdirilir. Bütün qazilərimizin tezliklə sağalıb ailəsinin yanına  qayıtmasını diləyirik.



Aygün Zayıdova
 

DİGƏR XƏBƏRLƏR

Top