Mingəçevirdə yanğın: 2 nəfər tüstüdən zəhərləndi


Mingəçevirdə yaşayış binasında yanğın olub.
Yeniavaz.com
xəbər verir ki, hadisə axşam saatlarlnda N.Nərimanov küçəsi 40 ünvanında beşmərtəbəli binanın birinci mərtəbəsində baş verib. 
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb.
Yanğın zamanı mənzildə olan 1952-ci il təvəllüdlü Hüseynova Sürayə Duman qızı və 1973-cü il təvəllüdlü Hüseynov Xudaverdi Tofiq oğlud tüstüdən zəhərləniblər. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır. 
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top