ABŞ-ın Naşvil şəhərində partlayış olub: Yaralılar var - VİDEO


ABŞ-ın Tennesi ştatının Naşvil şəhərində partlayış baş verib.
Yeniavaz.com
"Anadolu" ya istinadən xəbər verir ki, məlumatı Naşvil Fövqəladə Hallar İdarəsi yayıb. Bildirilib ki, yerli vaxtla saat 06:30 radələrində şəhərin mərkəzində dayanmış karavan tipli bir avtomobildə partlayış meydana gəlib.
Partlayış nəticəsində ətrafda yerləşən 10-a yaxın binaya zərər dəyib. Partlayışdan sonra başlayan yanğın, yanğınsöndürmə xidməti tərəfindən söndürülüb.
Naşvil Polis İdarəsinin sözçüsü Don Aron mətbuata açıqlamasında partlayış səbəbiylə 3 nəfərin yaralandığını və xəstəxanaya yerləşdirildiklərini, lakin həyati təhlükələrinin olmadığını qeyd edib.
O həmçinin hadisənin qəsdən törədilə biləcəyinə diqqət çəkib. 
Qeyd edilir ki, hadisə ilə bağlı dövlət başçısı Donald Trampa və nazirliklərə məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top