“Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunan GENERALLAR - FOTOLAR


Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb. 

Yeniavaz.com xəbər verir ki, sərəncama əsasən,  Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif ediliblər. Təltif olunanlar arasında Azərbaycan Silahlı Qüvvələrinin 5 generalı da var.

Bərxudarov Mayis Şükür oğlu – general-mayor

Həsənov Hikmət Hüseyn oğlu – general-mayor

İslamzadə Namiq Sərəfruz oğlu – general-mayor

Kərimov Anar Təvəkkül oğlu – general-mayor

Rzayev Mübariz Balağa oğlu – general-mayor




DİGƏR XƏBƏRLƏR

Top