Tədqiqatçı Xəzərdə suyun azalmasından danışdı


Baş verən iqlim dəyişikliyi səbəbiylə dənizlərdə suyun səviyyəsi yüksəlsə də, bir araşdırmanın nəticələrinə görə dünyanın ən böyük gölü olan Xəzər dənizində suyun nisbətinin azala biləcəyi bildirilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mattias Preync, Qissen universitetindən Tomas Uilk və “Naturalis” Biomüxtəliflik Mərkəzindən Frank Vesselinqin tərəfindən bir araşdırma aparılıb. 
Tədqiqatçılardan biri olan Preync, iqlim böhranının dünyanın ən böyük daxili su hövzəsinə sahib olan Xəzər dənizi üçün təhlükə yaratdığını ifadə edib: “Xəzər dənizi dünyanın bir çox digər göllərinin təmsilçisi kimi görülə bilər. Bir çox insan, bu gölün iqlim dəyişikliyi səbəbindən əhəmiyyətli dərəcədə azaldığının fərqində deyil".
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) hesabatında göllərdən bəhs edilmədiyinə və qlobal istiləşmədən təsirlənən bölgələrdəki sosial, siyasi və iqtisadi nəticələrə əhəmiyyət verilmədiyinə diqqət çəkilib.
Qazaxıstan, Türkmənistan, İran, Azərbaycan və Rusiyanın sahilində yerləşən gölün səviyyəsində qeydə alınan azalmanın bioloji müxtəlifliyə və yaşayış yerlərinə mənfi təsir göstərəcəyi deyilir. Bundan başqa Xəzərin səviyyəsində qeydə alınan azalma balıqçılıq və balıq təsərrüftaçılığı da daxil olmaqla sahil bölgələrinin iqtisadiyyatına mənfi təsir edə biləcəyi də ifadə edilib.

DİGƏR XƏBƏRLƏR

Top