İsmayıllıda zəlzələ oldu


Bu gün Xınalıq seysmoloji stansiyasından 16 kilometr cənubda - İsmayıllı rayonunda maqnitudası 3.1 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yeniavaz.com-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:14-də qeydə alınıb.

Ocağı 31 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top