Nazirlik: 12 müəssisənin bağlanılması ilə bağlı iddia qaldırılıb


“Bu il ərzində Xəzər dənizinə və Kür çayına çirkab suları axıdılan müəssisələrlə bağlı 354 akt, 144 protokol tərtib edilib”

Yeniavaz.com xəbər verir ki, bunu ETSN-nin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, bu dövrdə 105 müəssisəyə məcburi göstəriş verilib ki, su təmizləyici qurğularını qursunlar: “Dəfələrlə xəbərdarlıq edilən, lakin iş görməyın 12 müəssisənin bağlanılması ilə bağlı məhkəmə orqanları qarşısında iddia qaldırılıb".

DİGƏR XƏBƏRLƏR

Top