Gələn il pensiyalar bu qədər arta bilər - MƏBLƏĞ


Bildiyimiz kimi, hər ilin əvvəlində pensiyaların nə qədər artacağı Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan əvvəlki ilin orta aylıq nominal əməkhaqqının artım tempinə əsasən müəyyən olunur.
Yəni, bu il orta aylıq nominal əməkhaqqı nə qədər artsa pensiyalar da yanvarın 1-dən bir o qədər artırılacaq.
Yeniavaz.com
xəbər verir ki, artıq bu ilin ilk 10 ayı ərzində orta aylıq nominal əmək haqqında qeydə alınan artımlar açıqlanıb. 
Açıqlanan göstəricilərə görə bu ilin yanvar-oktyabr aylarında orta aylıq nominal əmək haqqı 14,7% artıb.
Bu isə o deməkdir ki, son 2 ayın statistik göstəricilərində ciddi dəyişiklik olmasa, ehtimal etmək olar ki, pensiyaların orta məbləği hər 100 manatada təxminən 14-15 manat həddində artacaq. 
Onu da bildirək ki, 2020-ci il üzrə orta aylıq nominal əmək haqqının nə qədər artdığı gələn ilin fevral ayında açıqlanacaq. Bu səbəbdən də yanvar ayı üzrə artımlar fevral ayının pensiyası ilə birgə veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top