Ərdoğan İsraillə olan münasibətlərdən danışdı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə olan münasibətlərə aydınlıq gətirib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu haqda cümə namazından sonra jurnalistlər qarşısında çıxışı zamanı danışıb:
“İsrail ilə əlaqələrimiz tamamilə kəsilməyib. Başda oturan insanlarla problem yaşayırıq. Bunlarla heç bir problem olmasaydı, İsrail ilə münasibətlər fərqli ola bilərdi. Fələstin bizim qırmızı xəttimizdir. İsrailin münasibətini qəbul edə bilmərik. Bu, ədalət və ərazi bütövlüyü anlayışımıza uyğun gəlmir. Ayrıldığımız nöqtədir. Könül istərdi ki, İsrail ilə daha yaxşı münasibətlərimiz olsun”.

DİGƏR XƏBƏRLƏR

Top