Qafan bələdiyyəsinin sədri: Qafan-Aqarak yolu tamamilə Azərbaycanın nəzarətinə keçdi


Ermənistanın Sünik bölgəsinin Qafan-Aqarak yolu tamamilə Azərbaycanın nəzarətinə keçdi və bununla əlaqədar Ermənistan vətəndaşları bu marşrutdan istifadəni dayandırdılar.
Yeniavaz.com
xəbər verir ki, bu brədə məlumatı “news.am” saytı Qafan bələdiyyəsinin sədri Gevorq Parsyana istinadən verib.
Bildirilir ki,  Gevorq Parsyan bunu  “Çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyasının təşkil etdiyi  müzakirə zamanı bildirib.
Bələdiyyə sədri deyib ki, üç problemli yolumuz var: “Qafan-Gorus, Qafan-Çakaten və Qafan-Aqarak. Qafan-Gorus və Qafan-Çakaten yolu işləyir. Ancaq Qafandan Aqaraka gedən yol tamamilə düşmənin nəzarətindədir”. 
Gevorq Parsyan bununla yanaşı alternativ bir yola sahib olduqlarını, lakin bərbad vəziyyətdə olduğunu və yolun tamamilə yenilənməsinin lazım olduğunu qeyd edib.
Bələdiyyə sədri deyib ki, Azərbaycan Silahlı Qüvvələri ermənilərin Sünik kəndindən 100 metr məsafədə yerləşir: “Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri Qafan şəhərinin yaşayış ərazilərindən 1 km-ə qədər məsafədə dayanıb”.
Gevorq Parsyan Sünik bölgəsinin sərhəd kəndlərinin sakinlərinə ov silahı daşımasına icazə verilməsini təklif edib.

DİGƏR XƏBƏRLƏR

Top