Sabiq icra başçısının həbs müddəti artırıldı


Binəqədi Rayon Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyəti sabiq başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin müddətinni uzadılması ilə bağlı təqdimata baxılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesəd qərar elan edilib.
Qərara əsasən, C.Cəfərovun həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin icra başçısı C.Cəfərov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.
Prezident İlham Əliyev avqustun 20-də Ceyhun Fərrux oğlu Cəfərovun Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top