Rusiya hökuməti Dağlıq Qarabağda sülhməramlı qüvvələrin fəaliyyəti üçün Müdafiə Nazirliyinə büdcədən əlavə vəsait ayırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Məsələ ilə bağlı danışan Rusiya Müdafiə nazirinin müavini Tatyana Şevtsov bildirib ki, mövcud qanunvericiliyə uyğun olaraq, sülhməramlı kontingentin təmin edilməsi büdcə vəsaitləri hesabına keçirilir.