Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Qubadlıda xurma sovqatı verilib - VİDEO


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı rayonunda olarkən onlara Qubadlı məhsulu olan xurma sovqatı verilib.
Sovqata baxan dövlət başçısı deyib:
"Əladır. Aparırıq Bakıya. Qubadlı xurmasından yeyəcəyik. Elə yerə qoyun əzilməsin".
Qeyd edək ki, dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar.

DİGƏR XƏBƏRLƏR

Top