Zibil yeşiyi satan şirkət indi də müharibənin nəticələri barədə təbliğat-təşviqat işləri aparacaq - TENDER


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Moon Group” MMC olub.
Yeniavaz.com
xəbər verir ki, "Moon Group” MMC Dövlət Komitəsinin sifarişi ilə müharibənin nəticələri barəsində təbliğat-təşviqat işləri aparacaq. 
Qeyd olunan işlər üçün Dövlət Komitəsi "Moon Group” MMC -yə 54 min 585 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, "Moon Group” MMC cəmi 5 ay əvvəl – 20.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Tenderin qalibi olan MMC Bakı şəhəri, Səbail rayonu, Muruza Muxtarov, ev 9, m. 30 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Rəhmanova Nazxanım Hacıəli qızıdır. 
Məlumat üçün bildirək ki, bu ayın əvvəlində "Moon Group” MMC Mənzil Kommunal Təmir Xidmətinin sifarişi əsasında bu quruma məişət tullantıları üçün 12 min 213 manat dəyərində zibil yeşikləri satıb.
Onu da qeyd edək ki, Rəhmanova Nazxanım Hacıəli qızının qanuni təmsilçisi olduğu və "Moon Group” MMC ilə eyni ünvanda - Səbail rayonu, Muruza Muxtarov, ev 9, m. 30-da qeydiyyatda olan daha bir şirkət -  "The First Drilinq” MMC ötən Bakı Xoreoqrafiya Akademiyasının sifarişi ilə bu məktəbə 195 min 625 manat dəyərində balet və rəqs paltarları satıb. “The First Drilinq” 14.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. 
Həmçinin qeyd edək ki, nə "Moon Group” MMC, nə də “The First Drilinq” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil.

DİGƏR XƏBƏRLƏR

Top