Yerimə qabiliyyətini itirən qazimizin sizin köməyinizə ehtiyacı var – FOTOLAR


Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək yaralanan qazilərimizdən biri də Qazax rayon, Daşsalahlı kənd sakini Nəsibov Yusifdir.
Döyüşlərdə sağlamlığını itirən 20 yaşlı N.Yusifin yaxın qohumu Rəşad Rüstəmov Yeniavaz.com-a bildirib ki, qazinin hal-hazırda şəraiti bərbad vəziyyətdədir: “Yusif atasız böyüyüb. Ailədə anası, özündən iki yaş böyük qardaşı və özüdür. Sentyabr ayından döyüşlərdə iştirak edib və Laçının Güləbird kəndində gedən döyüşlərdə, yanına minamyot mərmisi düşərək ayağından və çiynindən yaralanıb. Daha sonra 40 gün hospitalda müalicə aldı. Lakin çiynindəki qəlpə hələ çıxarılmayıb, əlini isə yerindən oynada bilmir. Yerimə qabiliyyətində də problem var, gəzə bilmir. Sanitar qovşaq pis vəziyyətdədir, istilik sistemi qaz sobasıdır, hamam demək olar ki, yox vəziyyətindədir. Yeriyə bilmədiyi üçün başqa yerə də apara bilmirik. İcra nümayəndələri ərzaq yardımı ediblər amma ev demək olar ki, uçmuş vəziyyətdədir”.

***26 dekabr 14:09
Ötən gün qazimizin problemi ilə bağlı saytımızda yayımlanan xəbərdən sonra aidiyyəti qurumlar Y. Nəsibovun ailəsini ziyarət ediblər. Onlara qarşılaşdıqları çətinliklərin qısa zamanda həll olunacağı ilə bağlı vəd veriblər. 

DİGƏR XƏBƏRLƏR

Top