
Moldovanın seçilmiş prezidenti Maya Sandu rəsmi olaraq dövlət başçısı vəzifəsinə başlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki Sandu, parlament və Konstitusiya Məhkəməsinin ortaq mərasim iclası çərçivəsində baş mərasimdə and içib.
Prezident Moldovanın, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün gücünü və bacarığını sərf edəcəyini deyib.
Qeyd edək ki, Maya Sandu 57,72 faiz səslə qalib gəlib.