Etirazçılar Paşinyana hücum etdi, avtomobili binadan zorla çıxarıldı – VİDEO


Ermənistanda polis etirazçılara güc tətbiq edib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, İrəvanda etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Ermənistanın baş naziri Nikol Paşinyanın avtomobil korteji hökumət binasından çıxmaq istəyərkən etirazçıların müqaviməti ilə rastlaşıb. Bu vaxt hadisə yerinə gətirilən polislər güc tətbiq edərək aksiya iştirakçılarını hökumət binasının qarşısından uzaqlaşdırıblar.

DİGƏR XƏBƏRLƏR

Top