Deputatdan müharibədə bizi dəstəkləyən ölkələrlə bağlı TƏKLİF


“İşğaldan azad edilən torpaqların bərpa edilməsi nəticəsində gücümüzə güc qatacaq. Qarabağ zəngin torpaqdır. O ərazilərin də iqtisadiyyata qoşulması ilə iqtisadi inkişafımız artacaq”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərin bərpasına təkcə hökumətin 2,2 milyard manat vəsait ayırması ilə iş bitmir: “Həmin işlərin yüksək keyfiyyətdə həyata keçirilməli, özəl sektorun bu sahəyə cəlb olunmasına şərait yaradılmalıdır. Bizi bu müharibədə dəstəkləyən ölkələrin şirkətlərinə də burada işləməyə imkan tanınmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top