ABŞ Navalnıya görə Rusiyaya sanksiyalar hazırladı


Rusiyalı müxalif Aleksey Navalnının zəhərlənməsinə görə, ABŞ Rusiyaya sanksiyalar hazırlayıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, ABŞ Rusiyaya qarşı hazırldadığı sanksiyaları hələlik tətbiq etməyib. Bildirilib ki, sanksiyaların həyata keçirilməsi üçün Donald Trampın razılığı lazımdır.
Qeyd edək ki, rusiyalı müxalif siyasətçi Aleksey Navalnı avqustun 20-də qəfil halı pisləşdikdən sonra Omsk xəstəxanasına yerləşdirilib. Daha sonra müalicə üçün Berlinə aparıldı. 2 sentyabrda Almaniya hökuməti, Navalnının Noviçok qrupundan olan zəhərli bir maddə ilə zəhərləndiyini açıqladı.
 

DİGƏR XƏBƏRLƏR

Top