Bakıda yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 62 m² olan mənzildə 1 ədəd divan və döşəmə 1 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Məmmədov Qəhrəman Hüseyn oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.