Azərbaycanda sahibkarlara 7,4 milyon manat yardım göstərildi


Pandemiyasından zərər çəkən sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, 3-cü mərhələ çərçivəsində sərtləşdirilmiş karantin rejimi tətbiq edilən Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında 8 657 muzdlu işçini əhatə edən 1 776 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib. 
Dövlət Vergi Xidmətindən Yeniavaz.com-a verilən məlumata əsasən, 3-cü maliyyə paketi çərçivəsində pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 1 446,9 min manat vəsait ödənilib.
Qeyd olunan rayonlar üzrə fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, 3-cü mərhələ çərçivəsində 12 982 vergi ödəyicisinə 5 991,9 min manat maliyyə dəstəyi göstərilib.
Ümumilikdə qeyd olunan rayonlar üzrə 3-cü mərhələ çərçivəsində vergi ödəyicilərinə və fərdi sahibkara 7 438,8 min manat vəsait ödənilib.

DİGƏR XƏBƏRLƏR

Top