
Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib.
Yeniavaz.com xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edirəm. Sizə can sağlığı, tükənməz enerji, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Ukrayna Azərbaycanla strateji tərəfdaşlıq səviyyəsinin yüksəldilməsində maraqlıdır".
Tətbiqimizi yükləyə bilərsiniz