İsraildə 3-cü dəfə karantin tətbiq edilir


İsrail hökuməti koronavirusla mübarizə çərçivəsində bütün ölkə üzrə 3-cü dəfə karantin rejimi tətbiq edəcək.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar İsrail hökumətinin təşkil etdiyi kabinet iclasından sonra məlum olub. Əvvəlcə qərar 2 həftəlik tətbiq olunacaq. 2 həftədən sonra ölkə üzrə ümumi yoluxma sayına görə qərarın uzadılıb-uzadılmamasına baxılacaq.
Karantin müddətində çörəkbişirmə müəssisələri, apteklər və marketlər istisna olmaqla, bütün iş yerləri bağlanacaq, restoranlar isə yalnız çatdırılma xidməti göstərəcək.
İnsanların yaşadıqları yerdən 1 kilometrdən çox uzaqlaşması qadağan ediləcək. Qapalı ərazilərdə 10, açıq yerlərdə isə 20 nəfərin bir yerdə olmasına izin verilməyəcək.
Qeyd edək ki, bu günə kimi 9 milyon nəfər əhalisi olan İsraildə 385 min 22 nəfər koronavirusa yoluxub. Onlardan 3150 nəfər ölüb. 351 min 875 nəfər isə sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top