Ağdamdakı Çay evinin 27 il sonrakı görüntüsü - FOTOLAR


Ağdamdakı Çay evi akademik Xudu Məmmədovun ideyası əsasında tikilib. “Çay evi” layihəsinin baş memarı Naiq Səmədov idi. Layihədə hörgü işləri yalnız birinci mərtəbədə idi. Qalan hissələr dəmir konstruksiyadan ibarət idi. Çay evi Ağdamdakı Cümə məscidinin yanında yerləşirdi.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, 1986-cı ilin iyulun 26-da Çay evinin açılışı keçirilib. 1993-cü ildə Çay evi Ermənistan silahlı bölmələri tərəfindən yandırılaraq məhv edilib.
Çay evinin vaxtilə yerləşdiyi ərazinin fotolarını təqdim edirik:


DİGƏR XƏBƏRLƏR

Top