Eyni gündə şəhid olan qardaşların anası: “Aidiyyatı qurumlara müraciət edirəm...” - FOTOLAR


Mingəçevirdən olan şəhid qardaşlar Əli və İslam Əhmədovların anası Sevinc Əhəmdova oğlanlarının adlarının əbədiləşdirilməsini istəyir.
O, Yeniavaz.com-a danışarkən deyib ki, övladlarının yurd-yuvasında heç kimi yoxdur: “Məndən başqa onların heç kimi yoxdur. Yurdunda qalanı bircə mənəm. Mən də bu gün varam, sabah yoxam. İstəyirəm ki, oğlanlarımın adı unudulmasın, övladlarımı gələcək nəsillər də tanısın. Bu dünyada onlardan başqa kimim-kimsəm yoxdur. Aidiyyatı qurumlara müraciət edirəm. Mənim bir şəhid anası kimi müraciətimə baxılsın”.
Qeyd edək ki, Əli və İslam Əhmədovlar İkinci Qarabağ müharibəsində Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə eyni gündə şəhidlik zirvəsinə ucalıblar.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top