Mingəçevirdə şəhidin xatirə lövhəsinin açılışı olub - FOTOLAR


Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən, qəhrəman şəhidlərimizin əziz xatirəsi qədirbilən Azərbaycan xalqı tərəfindən dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Şəhidlər bizim sahib çıxacağımız ən dəyərlilərimizdir. Onlar bizim qürurumuz, fəxrimiz, güvənc yerimiz, hamımızın – bütün millətimizin başucalığıdır. Şəhid valideynləri də həmişə istəyirlər ki, onların övladları unudulmasın, yad edilsin, xatirələrdə əbədi yaşasınlar.
Qəhrəman Atiq Ariz oğlu İbrahimovla nəinki valideynləri, bütün tanıyanlar, qohum-qonşu, iş yoldaşları, dostları qürur duyduqlarını deyirlər.
Yeniavaz.com xəbər verir ki, Mingəçevirdə H.Əliyev prospektində şəhidin yaşadığı binanın divarına valideynləri tərəfindən hazırladılaraq vurulmuş xatirə lövhəsinin açılışı olub. Xatirə lövhənin açılışında şəhidin valideynləri, dostları, iş yoldaşları, qohum-qonşuları iştirak ediblər. Açılış mərasimindən öncə şəhidin ruhuna dulalar oxunub, sonra şəhidin iş yoldaşları adından Mərkəzi Aran RETSİ-nin həmkarlarının sədri Nüsrət Quliyev, qonşular, dostları çıxış edərək şəhid haqqında xoş ürək sözlərini deyiblər.
Qeyd edək ki, işğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarına Atiq İbrahimov könüllü kimi qatılıb və düşmənə qan uddurub. Cəbrayıl, Suqovuşan, Ağdərə, Talış uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabr ayının 16-da şəhid olub. Atiq İbrahimov ölümündən sonra “Vətən uğrunda“ medalı ilə təltif olunub.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top