Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxalanılıb


Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxalanılıb.
Yeniavaz.com
xəbər verir ki, ​Mingəçevirdə karantin postunda xidmət aparan polis əməkdaşları şəhərə daxil olmaq istəyən “Kia” markalı avtomobilin sürücüsünü planşet vasitəsilə yoxlayan zaman onun koronavirus xəstəsi olduğunu müəyyən ediblər. Sürücü - Ağdam rayon sakini Füzuli Əliyev ev şəraitində müalicə almalı olduğu halda özünütəcrid qaydalarına əməl etməyərək yaşadığı ünvanı tərk edib və Mingəçevir şəhərinə daxil olmaq istəyib. Əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib. Onun barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top