Azərbaycanda daha bir vəkil koronavirusdan vəfat etdi


Azərbaycanda daha bir vəkil dünyasını dəyişib.
Yeniavaz.com
“report”a istinadla xəbər verir ki, 15 saylı vəkil bürosunun vəkili Heydər Əsgərov COVID-19 xəstəliyindən vəfat edib.
Vəkillər Kollegiyasından məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top