30 ildən sonra Şuşada keçirilən ilk konsertdən yeni görüntülər - VİDEO


Azərbaycanın bir neçə sənət nümayəndələri işğaldan azad edilən Şuşa şəhərinə gediblər
Yeniavaz.com
xəbər verir ki, Xalq artisti Tunzalə Ağayeva, Əməkdar artist Tahir İmanov sosial media hesablarında Şuşadan görüntülər paylaşıblar.
 Tunzalə Ağayeva: “Mən sənət dostlarımla artıq musiqi beşiyimiz olan Şuşadayam. Xəyallarımızda olan, arzuladığımız Cıdır düzü artıq reallığa çevrilib. Budur igidlərimizin qalxdığı qayalar...Canını, qanını fəda edən şəhidlərimizə Allah rəhmət eləsin! Buranı azad edən oğullarımız var olsun! Bir çox səhnələrdə olmuşam, amma bu gün ən ali səhnədəyəm. Əsgərin əlindən mənə verilən gül müqayisəsizdir”.
Tahir İmanov: “Şuşanın, Qarabağın simvolu Gövhərağa məscidi...Azərbaycanın ayrılmaz hissəsi, qədim Qarabağ torpağı, Şuşamız, canımız, qanımız...Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!”
Qeyd edək ki, Şuşa şəhərində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə son 30 ilin ilk konserti keçirilib.
Konsertdə, Azərbaycanın xalq artisti Tünzalə Ağayeva, Ənvər Sadıxov və əməkdar artist Abbas Bağırov, xanəndə Almaz Orucova, müğənnilər Azad Şabanov və Cavid çıxış ediblər. Konsertin aparıcısı “Parni iz Baku” teatrının rəhbəri Tahir İmanov olub.

DİGƏR XƏBƏRLƏR

Top