Çin peyvəndi vurduran türkiyəli jurnalist COVID-19-a yoluxdu - VİDEO


“Habertürk”ün köşə yazarı Kamal Öztürk koronavirusa yoluxduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, Kamal Öztürk bu barədə “FOX TV”də İsmail Küçükkayanın “Çalar saat” proqramına telefon bağlantısı vaxtı məlumat verib.
Yazar bildirib ki, 17 dekabrda onun PCR testi neqativ çıxıb. 19 dekabrda isə Çinin “Sinovac” şirkətinə məxsus “CoronVac” koronavirus peyvəndini vurdurub. Peyvəndin vurulmasında 2 gün sonra səhhətində narahatlıq yaranıb. O, 2-ci dəfə COVID-19 testindən keçdikdən sonra nəticələri pozitiv çıxıb.
Qeyd edək ki, Kamal Öztürk, peyvəndin 3-cü fazası üçün könüllü olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top