Pakistanda fabrikdə partlayış – ölən və yaralananlar var


Pakistanda bir fabrikdə baş verən partlayış nəticəsində 8 nəfər həyatını itirib, 31 nəfər yaralanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Pakistanın Karaçi şəhərində baş verib.

Partlayışın təsiri ilə damı çökən fabrikin qalıqları altında xeyli sayda insanın ola biləcəyi deyilir. Səlahiyyətli şəxslər axtarış və xilasetmə işlərinin davam etdiyini və partlayış səbəbiylə fabrikə ciddi ziyanın dəydiyini bildirirlər.
 
 

DİGƏR XƏBƏRLƏR

Top