Daha 14 erməni hərbçinin cəsədi tapılıb – Cəsədlərin sayı 1061-ə çatdı


Hadrut, Cəbrayıl və Füzuli istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində öldürülən daha 14 erməni hərbçinin cəsədi tapılıb. 
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Qarabağdakı separatçı rejimin “fövqəladə hallar xidməti”dən açıqlayıblar.
Bildirilir ki, dekabrın 22-də Şuşa yaxınlığındakı döyüş sahələrində axtarışlar aparılıb və orada ölənlərin cəsədləri tapılmayıb. Bu gün Hadrut və Cəbrayıl istiqamətində axtarış işləri davam eydiyi, həmçinin Martuni (Xocavənd) istiqamətində də daha 1 axtarış qrupu fəaliyyət göstərdiyi qeyd olunub.  
Xatırladaq ki, dünən verilən açıqlamada Hadrut, Cəbrayıl və Horadiz istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində öldürülən daha 8 erməni hərbçinin cəsədinin tapıldığı bildirilib. Bu günə olan son məlumata görə ümumilikdə 1061 hərbi qulluqçunun cəsədi tapılıb.

DİGƏR XƏBƏRLƏR

Top