Bayram günlərində küçəyə çıxmaq qadağası tətbiq ediləcək? – RƏSMİ AÇIQLAMA


Neçə vaxtdır, bayram günlərində küçəyə çıxmaq qadağasının tətbiq ediləcəyi ilə bağlı narahatlıqlar var. Koronavirus təhlükəsindən dolayı şəhərdə sıxlığın yaranmaması səbəbi ilə belə qərarın qəbul ediləcəyi gözlənilir.
Maraqlıdır, yeni il tətili üçün nəzərdə tutulan 5 günlük tətil günlərində belə bir qadağa tətbiq edilə bilərmi?
Yeniavaz.com sfera.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov belə bir məhdudiyyətin olmadığını bildirib:
"Bayram günlərində küçəyə çıxma qadağası ilə bağlı hər hansı qadağa yoxdur. Biz Nazirlər Kabinetinin qərarların təqdim edirik, orda isə belə bir məhdudiyyət nəzərdə tutulmayıb, bu barədə məlumatım yoxdur".

DİGƏR XƏBƏRLƏR

Top