Dekabr ayında Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti – TAM SİYAHI


Avropa ölkələri arasında “Aİ-95” ("Premium") markalı benzinin ən ucuz qiymətə satıldığı ölkə Rusiya hesab olunur. 
Yeniavaz.com
məşhur "Autotraveler" portalına istinadən xəbər verir ki, Rusiyada “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 0,53 avro (1,1 manat) təşkil edir.
Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 1,67 avroya (3,46 manat) satılır.
Avropa ölkələri arasında 5-ci sırada olan Azərbaycanda “Aİ-95 markalı benzinin 1 litrinin qiyməti 1 manat 25 qəpiyə (0,60 avro) bərabərdir.
Avropada benzinin Azərbaycandan ucuz olduğu 4 ölkə var: Rusiya, Belarus, Gürcüstan və Ermənistan.
"Autotraveler" portalının açıqladığı məlumatda Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti aşağıdaki kimidir:
Rusiya – 0,53 avro
Belarus – 0,59 avro
Gürcüstan – 0,59 avro
Ermənistan – 0,59 avro
Azərbaycan – 0,60 avro

Ukrayna – 0,73 avro
Türkiyə - 0,76 avro
Moldova – 0,78 avro
Bolqarıstan – 0,92 avro
Rumıniya – 0,94 avro

Bosniya və Herseqovina – 0,95 avro
Şimali Makedoniya – 0,97 avro
Sloveniya – 0,99 avro
Andorra – 1 avro
Polşa – 1,01 avro
Macarıstan – 1,03 avro
Çexiya – 1,06 avro
Kipr – 1,07 avro
Lüksemburq – 1,07 avro
Avstriya – 1,07 avro
Litva – 1,07 avro
Sebiya – 1,13 avro
Monteneqro – 1,13 avro
Latviya – 1,14 avro
Estoniya – 1,15 avro
İspaniya – 1,18 avro
Slovakiya – 1,19 avro
Xorvatiya – 1,20 avro
İslandiya – 1,23 avro
İrlandiya – 1,26 avro
Böyük Britaniya – 1,28 avro
İsveçrə - 1,32 avro
Almaniya – 1,32 avro
Malta – 1,34 avro
Belçika – 1,36 avro
Danimarka – 1,36 avro
Fransa – 1,36 avro
Albaniya – 1,37 avro
İsveç – 1,40 avro
Finlandiya – 1,42 avro
Yunanıstan – 1,43 avro
İtaliya – 1,48 avro
Portuqaliya – 1,51 avro
Norveç – 1,54 avro
Niderland – 1,67 avro

DİGƏR XƏBƏRLƏR

Top