İsrail növbədənkənar seçkilərə gedir


İsraildə koalisiya hökumətinin 2020-ci il büdcəsi ilə bağlı razılığa gəlməməsi səbəbindən ölkədə növbədənkənar seçki keçirilməsinə qərar verilib.
Yeniavaz.com
“Anadolu”ya istinadən xəbər verir ki, baş nazir Bünyamin Netanyahunun partiyası Likud və koalisiya ortağı Müdafiə naziri Qantzın rəhbərlik etdiyi Mavi-Ağ İttifaqı 2020-ci ilin büdcəsini təqdim etmədikləri üçün yenidən seçiklərin keçirilməsi qərarlaşdırılıb. Büdcə bu gün səsə qoyulmadığı üçün parlament qanuni olaraq buraxılıb və məcburi seçki prosesi başlayıb.
Qeyd edilir ki, bu səbəblə İsrailin son iki ildə dördüncü dəfə növbədənkənar seçkilərə gedəcəyi bildirilir. Seçkilərin vaxtı mart ayına təsadüf ediləcəyi gözlənilir.
 
 

DİGƏR XƏBƏRLƏR

Top