Dağlıq Qarabağda 260 hektardan çox ərazi minalardan təmizlənib – Rusiya MN

 
Dağlıq Qarabağdakı rus sülhməramlıları Xankəndinin şimal hissəsini minalardan təmizləməsi işini tamamlayıb.
Yeniavaz.com
“Tass”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb:
"Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 260 hektar ərazini, təxminən 100 km yolu, 434 yaşayış binasını təmizləyib. 8 min 600-dən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib".
Qeyd olunur ki, rus sülhməramlıları dağlıq ərazilərdə və kəskin hava şəraitində minaların təmizlənməsində müasir robot sistemlərindən istifadə edir.
 
 

DİGƏR XƏBƏRLƏR

Top