Ramin Bayramlı: Azərbaycanda heç vaxt vaksinasiya məcburi olmayıb
Vaksinasiyada insanlarımızın inamı və etimadı çox önəmlidir. Ölkəmizdə vaksinasiya strategiyası hazırlanır. Vaksinasiya bir neçə mərhələdə həyata keçiriləcək.
Bu fikirləri REAL-a eksklüziv müsahibəsində TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bildirib.
Vaksin strategiyası ondan ibarətdir ki, ilk öncə risk qrupuna görə vaksinasiya aparılacaq. Həmçinin,İnsanların vaksinə inamını təmin etmək üçün də tədbirlər planı həyata keçiriləcək
Qeyd edək ki, vaksinasiya pulsuz olacaq və strategiyada yer alan risk qruplarına tətbiq ediləcəkdir.