Büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin (Əmək pensiyasının sığorta hissəsinə əlavələr) ləğv edilməsi və bundan irəli gələrək digər qanunlarda dəyişikliklər edilməsi təklif edilir.
Deputat əmək pensiyasının sığorta hissəsinə əlavələrin ləğv edilməsindən irəli gələn məsələlərə aydınlıq gətirib.
Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov apa-ya açıqlamasında bildirib. Bununla şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin aylıq 300 manatdan 500 manatadək artırılması təklif olunur.